“Çıraq” Humanitar və İnkişaf İctimai Birliyi
/
Həyata keçirilmiş Implemented

Həyata keçirilmiş layihələr Implemented projects

Mina qurbanlarına yardımdan tutmuş dil və təhsil platformalarına qədər — uzun yolun bəzi məqamları. From mine-victim support to language and educational platforms — selected milestones along a long road.

Minadan zərərçəkmiş şəxslərin sanatoriya müalicəsi
01

Sanatoriya müalicəsi Sanatorium treatment

Minadan zərərçəkmiş şəxslərin sanatoriya şəraitində müalicə olunması — fizioterapiya, neyrofizioloji müayinələr və davamlı tibbi qulluq. Sanatorium-based treatment for mine victims — physiotherapy, neurophysiological examinations and continued medical care.

Mina qurbanlarına əlil arabalarının paylanması mərasimi
02

Əlil arabalarının paylanması Wheelchair distribution

Wheelchair Foundation və ANAMA ilə birgə layihə çərçivəsində Bakı, Xanlar və digər şəhərlərdə minadan zərərçəkmiş şəxslərə əlil arabalarının təntənəli surətdə təqdim edilməsi. Joint initiative with Wheelchair Foundation and ANAMA — formal handover ceremonies of wheelchairs to mine victims in Baku, Khanlar and other cities.

Cərrahi əməliyyatların və davamlı müalicələrin təşkili
03

Müalicə və cərrahi əməliyyatlar Medical treatment & surgeries

Minadan zərərçəkmiş şəxslərin müalicələrinin və zəruri cərrahi əməliyyatların aparılmasının təşkili — ixtisaslaşmış tibb müəssisələri ilə əməkdaşlıqda. Organization of medical care and required surgical interventions for mine victims — in cooperation with specialised medical institutions.

Mikro-kreditlər və sahibkarlıq dəstəyi
04

Mikro-kreditlər və sahibkarlıq Micro-credits & entrepreneurship

Minadan zərərçəkmiş şəxslərə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə mikro-kreditlərin verilməsi — heyvandarlıq, balıqçılıq və digər təsərrüfat sahələrində kiçik biznes qurmaq üçün. Micro-credits granted to mine victims for entrepreneurial development — supporting small businesses in livestock, fishery and other agricultural activities.

Qaranquş Sanatoriyası və açıq hava reabilitasiyası
05

Qaranquş Sanatoriyası — reabilitasiya Garanghush Sanatorium — rehabilitation

AHİK Kurort Səhmdar Cəmiyyətinin Qaranquş Sanatoriyasında açıq hava idman avadanlıqlarının quraşdırılması, dəniz hidroterapiyası və mina qurbanları üçün davamlı reabilitasiya proqramı. Installation of open-air exercise equipment, sea hydrotherapy and an ongoing rehabilitation program for mine victims at AHIK Resort's Garanghush Sanatorium.

Aprel döyüşlərinin tanıdılması üzrə görüşlər
06

“Aprel döyüşləri” üzrə görüşlər “April War” awareness meetings

Azərbaycan Ordusunun qüdrətinin “Aprel döyüşləri” timsalında təbliği məqsədilə təhsil müəssisələri və geniş ictimaiyyət arasında məlumatlandırma görüşlərinin təşkili. Organization of awareness meetings with educational institutions and the wider public, promoting the strength of the Azerbaijani Army through the example of the “April War”.

Bound to Azerbaijan — beş dildə informasiya saytı
07

Bound to Azerbaijan Bound to Azerbaijan

Beş dildə fəaliyyət göstərən saytın hazırlanması — Azərbaycan həqiqətlərinin beynəlxalq arenada təbliği və xaricdə yaşayan soydaşlarımız üçün interaktiv platforma. Development of a five-language website — promoting Azerbaijani truths on the international stage and serving as an interactive platform for compatriots abroad.

boundtoazerbaijan.com →
Özdilim — uşaqlar üçün Azərbaycan-İngilis lüğəti
08

Özdilim — şəkilli və səsli onlayn lüğət Özdilim — illustrated audio dictionary

Azərbaycandan kənarda anadan olub başqa dil mühitində böyüyən Azərbaycan əsilli uşaqlar üçün “Şəkilli və səsli onlayn Azərbaycan-İngilis lüğəti” saytının yaradılması — QHTDDA-nın maliyyə dəstəyi ilə. Creation of the “Illustrated audio Azerbaijani-English dictionary” website for children of Azerbaijani descent born and raised abroad — with financial support of the NGO Agency.

Azərbaycanın gənc alimlərinin tanıdılması layihəsi
09

Gənc alimlərin tanıdılması Promoting young scientists

Azərbaycanın gənc alimlərinin həyat və fəaliyyətinin, elmi işlərinin, yaradıcılıq əlaqələrinin və digər məlumatlarının ictimaiyyətə tanıtdırılması. Introducing to the public the lives and work of Azerbaijan's young scientists — their research, creative collaborations and related information.

İşğaldan azad olunmuş ərazilərdə mina maarifləndirməsi layihəsi
10

Mina təhlükəsi maarifləndirməsi Mine-risk awareness

İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması — yerli əhali arasında maarifləndirmə tədbirləri və təhlükəsizlik məlumatlandırması vasitəsilə. Reducing the impact of mines and unexploded ordnance in the liberated and surrounding districts — through awareness activities and safety education among the local population.

Yaxın perspektivlər · Prospects Prospects · Yaxın perspektivlər

İşğaldan azad olunmuş ərazilərə qaytarılmış sakinlər üçün For residents returning to the liberated territories

II Qarabağ müharibəsi (Vətən müharibəsi) zamanı işğaldan azad olunmuş ərazilərə qaytarılmış minadan zərərçəkmiş sakinlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə: To improve the standard of living of mine-affected residents returned to the territories liberated during the Second Karabakh War (Patriotic War):

  • Minadan zərərçəkmiş şəxslərin təcrübəyə yiyələnməsi üçün kursların təşkili. Organization of training courses for mine victims.
  • Minadan zərərçəkmiş şəxslər üçün iş yerlərinin yaradılması. Creation of jobs for mine victims.
Etibarın sübutu Evidence of trust

Referans, tövsiyə və zəmanət məktubları Letters of reference, recommendation and warranty

Beynəlxalq tərəfdaşlarımızdan və partnyor təşkilatlardan aldığımız rəsmi məktublar. Official letters from our international partners and collaborating organizations.

IOM reference letter
IOM · 2010
UNDP reference letter
UNDP · 2016
Reference letter
Tövsiyə məktubu Recommendation
Reference letter
Zəmanət məktubu Warranty letter